09.06.2025, 09:50
AZ EN
21.03.2023, 09:16 281

Bu gün şəhid Fərid İzzətlinin doğum günüdür

XƏBƏRLƏR
  • Fərid 1994-cü il martın 21-də Şəkidə anadan olub. 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı olan Fərid nümunəvi xidmətinə və döyüş bacarığına görə dəfələrlə fəxri fərmanlarla təltif edilib, medallara layiq görülüb.

27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən xidmət etdiyi hərbi hissənin tərkibində döyüşən baş leytenant Fərid İzzətli Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd istiqamətində gedən döyüşlərdə hərbi təcrübəsindən istifadə edərək düşmən tərəfə ağır zərbələr endirib. Oktyabrın 21-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Baş leytenant Fərid İzzətli oktyabr ayının 22-də Şəkinin "Qışlaq" qəbiristanlığında böyük ehtiram və izdihamla dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər