Bu fikirləri Kəlbəcər şəhərinə köç edən keçmiş məcburi köçkün Aqil Cəfərov deyib.
O, doğma torpaqlarda daimi və firavan həyat qurmağı arzulayaraq deyib: “Dövlət rəhbərliyinə öz minnətdarlığımızı bildiririk. Şəhidlərin qanı bahasına, qazilərimizin fədakarlığı sayəsində bu gün doğma evimizə dönüşümüz baş tutur. Düzdür, bütün Azərbaycan bizim vətənimizdir. Sadəcə olaraq, insanı doğma torpaq özünə çəkir. İnşallah, bütün əhali həmin ərazilərdə daimi yaşayışını təmin edəcək”. (AZƏRTAC)