25.04.2025, 15:09
AZ EN
10.04.2025, 19:00 251

Əslən erməni tarixçi: Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq

XƏBƏRLƏR
  • Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması və dünyaya çatdırılması ilə erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq.

Bu fikirləri əslən erməni tarixçi və ədəbiyyatçı Filip Ekozyants Vatikan Qriqorian Pontifik Universitetində keçirilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” adlı Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfransdakı çıxışında səsləndirib.

“Tarix sevdiyin qadın kimidir. Həmin qadının müəyyən məqamlarda yalan danışdığını bilsən də, onu sevdiyin üçün heç nə edə bilmirsən və sevərək münasibətə davam edirsən. Tarix elmində müəyyən yalanların olmasını dərk etməliyik. Tarixin mənim həmvətənlərim tərəfindən təhrif olunması ilə bağlı bir neçə il əvvəl onlara müəyyən narahatedici suallar verməyə başladım. Bu səbəbdən də bəzi həmvətənlərim tərəfindən ciddi tənqidlərə məruz qaldım. Buna baxmayaraq, həm ermənilər, həm də azərbaycanlılar arasında çox yaxın dostlarım və həmfikirlərim var. Ümumiyyətlə, erməni kilsəsinin mənşəyi, eyni zamanda, Qafqaz Albaniyasının qədim tarixi böyük araşdırma mövzusudur. Fikrimcə, Qafqaz Albaniyası barədə həqiqətlərin tam araşdırılması və dünyaya çatdırılması ilə bərabər erməni kilsəsi haqqında da bir çox həqiqətlər məlum olacaq”, - deyə o vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər