19.09.2024, 16:29
AZ EN
13.11.2022, 17:45 209

Son sutkada COVID-19 infeksiyasına 33 yoluxma faktı qeydə alınıb

XƏBƏRLƏR
  • Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 570 nəfər müalicə olunaraq sağalıb, 9 min 963 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1390, bu günə qədər isə ümumilikdə 7 milyon 344 min 397 test icra olunub.

Noyabrın 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 424 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumatda bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 103, ikinci doza vaksinlərin sayı 96, üç və daha çox doza vaksinlərin sayı 190, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 35-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 915 min 808, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 391 min 163, ikinci mərhələ üzrə 4 milyon 872 min 443, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 388 min 791, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 411-dır.

 

Oxşar xəbərlər

SON XƏBƏRLƏR