22.11.2024, 15:18
AZ EN
31.01.2023, 11:12 225

Zəngilan RİH-də “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Zəngilan rayon İcra hakimiyyəti, YAP Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektoru tərəfindən rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Tədbirdə Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov və aparatın məsul əməkdaşları, YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin Zəngilan rayonu üzrə sektorunun müdiri Kənan İmaməliyev, müsabiqədə qalib olan şagirdlər, qalib şagirdlərin təhsil aldıqları məktəblərin direktorları və müəllimlər iştirak etdiblər.

Tədbirdə Zəngilan RİH-nin başçısı R.Həsənov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş danışıb. O, qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir. Bu əmanəti qoruyub saxlamaq isə hər bir azərbaycanlının borcudur.

Sonda müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim edilib.

Mina RƏŞİD

Oxşar xəbərlər