İğaldan azad olunmuş ərazilərə "Böyük qayıdış" proqramın icrası məqsədiilə növbəti il üçün dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.
"Vətən səsi" xəbər verir ki, bu barədə müvafiq rəqəmlər Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda elan olunub. Bildirilir ki, "Böyük qayıdış" proqramında planlaşdırılan layihələrin təmin edilməsi üçün 2024-cü ilin dövlət büdcəsindən 4 milayard manat vəsait nəzərdə tutulub. Həmin vəsaitlər işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsində şəhər və kəndlərin yenidən qurulmasına, həmin ərazilərdə müasir infrastrukturların (elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal) yaradılmasına, ehtiyac olan zəruri infrastrukturların, habelə mədəni-tarixi abidələrin bərpasına, yaşayış evlərinin tikintisinə və digər məqsədlərə yönəldiləcək.
Elxan SALAHOV