Bu sözləri millət vəkili Ceyhun Məmmədov deyib.
O, bildirib ki, biz cənab Prezidentin həyata keçirdiyi siyasətə baxsaq, ədalət prinsipinin əsas yer tutduğunu görürük. Həm ölkəmizə qarşı ədalətsizliyə, həm dünyadakı ədalətsizliyə qarşı cənab Prezident öz mövqeyini ortaya qoyub.
Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və bununla qürur duyuruq: "Eyni zamanda bu qələbə hər bir Azərbaycan gənci üçün stimul olmalıdır. Biz döyüş meydanındakı qələbəmizi idmanda da, təhsildə də davam etdirməliyik. Bizim qalib xalq olduğumuzu artıq bütün dünya qəbul edir.
Bu gün Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edir. Hesab edirəm ki, cənab Prezidentin idmançılarımızla görüşü xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının bu cür tədbirlərdə iştirakı və idmançıları mükafatlandırması bu baxımdan xüsusinönəm daşıyır. Şübhəsiz ki, Azərbaycan idmançıları da bundan ruhlanaraq ölkəmizi layiqincə təmsil etməyə davam edəcəklər.
Prezident cənab İlham Əliyev dmançılarla görüşdə gələn il Azərbaycanın növbəti böyük idman yarışına, MDB oyunlarına ev sahibliyi edəcəyini bildirdi. Ümumilikdə bu oyunların 14 şəhərdə keçirilməsi nəzərdə tutulub. 7 min idmançının iştirakı gözlənilən üçüncü MDB oyunlarının mərkəzi kimi Gəncə şəhəri seçilibdir. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər hazır olacaq. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Əminik ki, idmançılarımız dövlət başçımızın yaratdığı bu şəraiti layiqli qiymətləndirərək yaxşı nəticələr göstərəcəklər.
Azərbaycanda bir çox mötəbər Avropa Oyunları keçirilmişdir. İslam Həmrəylik oyunlarına, COP29 beynəlxalq iqlim konfransına da Azərbaycanın necə yüksək səviyyədə ev sahibliyi etməsinə bütün dünya şahid oldu. İnanırıq ki, bu dəfə də Azərbaycan üçüncü MDB oyunlarının yüksək şəkildə təşkili üçün çalışacaq və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil eədərək bizləri sevindirəcək. Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır".
Tahirə AĞAMİRZƏ