"Lurer.com"un bu gün günorta yaydığı xəbərə görə, N.Paşinyanın sədrliyi ilə hökumətin iclası olub. Gündəlikdəki məsələlər müzakirə edilərkən belə qərara gəlinib ki, bundan sonra media mənsubları, xüsusilə müxalif jurnalistlər hökumətin iclasına buraxılmasınlar, onlar yalnız mətbuat xidmətinin rəsmi məlumatlarına istinad edilmiş materiallar hazırlasınlar.
Şuşa-Xankəndi yolunda keçirilən dinc etiraz aksiyasını da öz erməni düşüncələri ilə təhlil edən iqtidar nümayəndələrinin bununla bağlı Azərbaycanla birbaşa danışıqlar aparılmasının vacibliyi ilə bağlı təklifi isə təbəssümlə qarşılanıb. Paşinyan isə bildirib ki, "Bakının şərtləri ilə əlaqədar cavab mətninin ilkin variantı hazırlanıb, bəyənilərsə, göndəriləcəkdir".
"Hraparak"ın Aloyan soyadlı əməkdaşı isə yazıb ki, Azərbaycana ünvanlanmış məktub erməni xalqının mənafeyinə uyğun olmadığına görə açıqlanması məqsədəuyğun hesab olunmayıb.
Sözügedən məktubda nə yazıldığı bilinməsə də, orada hamıya bəlli olan bir gerçəklik var: erməni gözyaşları və hiyləsi!
Amma bu da reallıqdır ki, Bakı ermənilərin gözyaşlarına daha inanmır.
Nəsib