22.12.2024, 12:30
AZ EN
28.12.2022, 12:32 362

Xankəndidə biznesmenlər yasa batıb

YAZILAR

"Hraparak" media qrupunun dekabrın 28-də yaydığı xəbərlərin də əksəriyyəti soydaşlarımızın Laçın-Xankəndi yolundakı ədalətli etiraz aksiyası və buna ermənisayağı münasibətə həsr olunub. Xankəndidə keçirdikləri muzdlu aksiya zamanı özlərinin  dünyanın guya "ən ali və qəhrəman soyu" olduğunu təkrarlayan hayların separatçı dəstəsinin başçılarından olan möhtəkir Ruben Vartanyanın Xankəndidə "bizneslə" məşğul olan bütün soydaşları ilə görüşüb mövcud vəziyyəti müzakirə etmələri barədə yazını oxuduqca açıq-aydın görünür ki, ermənilər artıq iqtisadi çöküşdədir.

Mağazalarda gündəlik təlabat mallarının, uşaq qidalarının kəskin azalması və alıcılara məhdud sayda sarılması artıq narazılıqlara səbəb olub, hətta Azərbaycanın tələblərinə əməl edilməsinin vacibliyi barədə fikirlər səsləndirilib.

Banda başçısı isə yenə də "vacib addımlar" atıldığını bildirməklə dözüm etdirməyi xahiş edib və bir neçə utopik ifadələrlə "arsaxın" gələcəyini təminatlı və xoş həyatlı gördüyünü xüsusi vurğulayıb.

Görünən isə odur ki, haylar artıq bir-birini didməyə doğru yola düşməyə hazırlaşırlar.

NƏSİB

Oxşar xəbərlər