- Bu gün erməni iş adamı,"Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqık Catukyan məhkəmə binasının həyətində jurnalistlərin suallarını cavablandırarkən, jurnalist Karen Martirosyanın "Hraparak" da verdiyi xəbərə görə, əsl vətənpərvər olduğunu sərgiləyib. O, şəxsinə qarşı məhkəmə araşdırması aparılsa da indi əsas məsələnin xalqın təhlükəsiz yaşaması olduğunu bildirib. O deyib: "Biz daha pis vəziyyətdəyik. Çox adam hələ bunu başa düşmür. Çox şey itirə bilərik".
İş adamı indi eyforiyaya qapılmadan deyil, reallığın özü ilə barışmağın ölkə üçün daha qiymətli olduğunu vurğulayıb.
"Deyəsən, bu da hakimiyyətin apardığı siyasətin tərəfdarı olduğunu göstərməyə cəhd edir ki, məhkəmə xeyrinə qərar qəbul etsin", - deyə müxbir onun əvvəllər ayrı mövqedə olduğunu xatırladıb.
Nəsib