14.03.2025, 20:11
AZ EN
28.08.2023, 13:36 302

Arutyunyan iflas mərhələsində...

YAZILAR

Qarabağdakı fermer təsərrüfatını ləğv edən separatçı “lider” Xankəndi şəhərindəki topdansatış bazarını da bağlamağa hazırlaşır

  • Qarabağdakı separatçı rejimin başçısı Araik Arutyunyan bu bölgədə yaratdığı fermer təsərrüfatını ləğv edib.

“Vətən səsi” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Arutyunyan fermasında olan mal-qoyunun əksəriyyətini satıb, yerdə qalanları isə Ermənistana köçürür. Separatçı dəstənin rəhbəri həmçinin Xankəndində özünün himayəsi altında fəaliyyət göstərən  topdansatış bazarının da bağlanacağı elan edib.

Erməni mediası yazır ki, Araik Arutyunyan bu addımı atmaqla Rusiya sülməramlılarının nəzarəti altında olan ərazidə qondama “hakimiyyətinin” davam edə biləcəyinə inamının qalmadığını etiraf etmiş olur.  Qeyd olunur ki, “Laçın” sərhəd-keçid məntəqəsi vasitəsilə yükdaşımaların məhdudlaşdırılması və bunun əvəzində Ağdam-Xankəndi yolunun açılması ilə bağlı müzakirələr Qarabağda yaşayan erməni əsilli sakinlər “humanitar böhranın” hələ bir müddət davam edəcəyini və sonda bütün bunların Azərbaycan hökumətinin tələblərinin yerinə yetirilməsi ilə nəticələnəcəyini düşünür: “Bunu Araik Arutyunyan özü də anlayır və son qərarları ilə Qarabağdan ümidini üzdüyünü etiraf etmiş olur”.
Bu arada Xankəndidə Araik Arutyunyanı parodiya edən erməni gəncin həbs edildiyi barədə də məlumat yayılıb.  Bildirilir ki, separatçı rejimin “təhlükəsizlik” qüvvələri Xankəndidə icazəsiz aksiya keçirərək hərbi vəziyyəti pozan” iki yerli sakini saxlayıb. Belə ki, avqustun 26-da saat 18.00-da Xankəndidəki qanunsuz “polis” şöbəsinə iki nəfərin şəhərin mərkəzi meydanında etiraz aksiyası keçirməsi barədə məlumat daxil olub. Operativ tədbirlərdən sonra hər iki etirazçı saxlanılıb. Onlardan biri qondarma rejimin “prezident” sayılan başçısı Araik Arutyunyanı parodiya edən David Minasyandır.

Məlumatda o da qeyd olunur ki, David Minasyan bir neçə dəfə Qarabağ separatçılarının rəhbərini parodiya etməklə onu ələ salıb. Üstəlik o, Arutyunyanı yamsılama hərəkətlərini videoya çəkərək sosial şəbəkələrdə yayıb. Buna görə də Xankəndi “polisi” bir həftə əvvəl Minasyanı həbs edərkən onu döyüb. Saxlanılan şəxs isə sərbəst buraxıldıqdan sonra bədənindəki işgəncə izlərinin fotosunu çəkərək “Facebook”da paylaşıb.

Elxan SALAHOV

Oxşar xəbərlər