Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, bu açıqlama yerli idarəetmə strukturunun təkmilləşdirilməsi baxımından olduqca önəmlidir. Paytaxt və regionlar arasında iqtisadi tarazlığın təmin olunması, mərkəzləşdirilməmiş idarəetmənin gücləndirilməsi və yerli resursların daha səmərəli istifadəsi üçün bu islahatlar qaçılmazdır. Deputat qeyd edir ki, regionlarda qurulmuş infrastrukturun daha böyük iqtisadi dəyərə çevrilməsi üçün struktur islahatları zəruridir.
Hazırda Azərbaycanda 14 iqtisadi rayon olsa da, ümumilikdə 76 inzibati rayon mövcuddur. Bu nisbət struktur baxımından idarəetmənin optimallaşdırılmasının zəruriliyini bir daha göstərir. Prezidentin rəhbərliyi ilə aparılan institutsional və struktur islahatların davam etdirilməsi, ölkənin idarəetmə sisteminin daha çevik və dayanıqlı modelə keçidini təmin edəcək. Bu da Azərbaycanı yeni dövrün tələblərinə uyğun idarəçilik hədəflərinə yaxınlaşdıracaq.
Tahirə AĞAMİRZƏ