27.07.2024, 09:37
AZ EN
08.12.2022, 15:29 447

İran heç vaxt Azərbaycanın dostu olmayıb

YAZILAR
  • Bu gün bütün dünyanın diqqəti Cənubi Qafqaza yönəlib. Siyasi gedişlər, şovinst  qonşuların qeyri-etik əməlləri, gərgin anlar...10 noyabr bəyannaməsindən sonra Azərbaycanın ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin qanunsuz fəaliyyətləri...

Bu gün İranın Ermənistanın yanında olması, onu silahlandırması, ümumiyyətlə, İranın xəyanətini görüb şoka düşənlər də var. Amma...

Azərbaycanın 30 ildən sonra separatçı erməni işğalında qalan torpaqlarını  cəmi 44 gündəcə azad edib zəfər qazanması uzun illər, əgər belə demək mümkünsə, “üstü örtülü qalan, daxildə çirkin, bəd əməllərindən, təcavüzlərindən, təxribatlarından, başqasının olan hər şeyi özününküləşdirməyə hər fitnə-fəsadla cəhd etməsi, təbii ki, Azərbaycan Prezidentinin də diqqətindən kənarda deyildi və Azərbaycan bu qələbəni qazanmaqla təkcə öz halal haqqını, halal torpağını əldə etmədi, eyni zamanda içdən və dışdan bizi parçalamağa çalışan, qanımızı için-için sümürən, Ermənistanın 30 il işğalda saxladığı dədə-baba yurdlarımızı yerlə-yeksan edilməsində separatçılara bacı yardımını əsirgəməyən və onları silahlandıran İslam dini adı altında  “dost” və qonşu ölkə kimi guya hər zaman yanımızda olma rolunu məharətlə oynayan İran şovinistlərinin gerçək simasını da üzə çıxardı. İslam dinindən, ümumiyyətlə, “Qurani-Kərim”dən yaxından-uzaqdan əlaqəsi olmayan, əksinə bütün insanları insanlığın, bəşəriyyətin sağlam düşüncəyə, mənəvi dəyərlərə aşılayan İslam dinini çirkin molla, şovinist siyasət yürütməklə gözdən salmağa, dəyərsizləşdirməyə hesablanmış xidməti hal-hazırda çılpaqlığı ilə özünü göstərir.

Azərbaycan öz haqq və ədalət yolunda gərəkli addımlar atdı və  siyasi gedişlər edərək işğalçıların üzündəkə çirkli masqalarını da çıxarıb atdı...

Bu gün İran açıq-aşkar bacısı Ermənistana yardım etməkdə, onu müxtəlif hərbi silahlarla silahlandırmağa davam edir.

Bu gün də bizə İranın düşmənçiliyini görürük. İran öz təbrincə desək, din qardaşının yox, işğalçı qriqorian Ermənistanın yanında olmasından qürur duyur.

Azərbaycanın davamlı xəbərdarlıqlarına  baxmayaraq İranın şovinst rejimi Qarabağ separatçılarını durmadan silahlandırması nəyə hesablanıb? Azərbaycan ərazilərinə diversiya qrupları göndərməkdə nəyə hesablanıb? Bu isə bir daha İranın Azərbaycana əsl düşmən simasını ortaya qoyur. Axı, biz  bicliklə gülümsəyib “Azərbaycan göz nurumuzdur”,- deyən İranın əməllərində Azərbaycana olan gercək sevgisini tapa bilmirik... Demək ki, İranın nuru Azərbaycan yox, qriqorian bacısı, türk, müsəlmana qənim kəsilən Ermənistandır.

Düşmənlərimizə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  bu fkrini xatırlatmaq yerinə düşər: “İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir”.   

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər