22.11.2024, 04:33
AZ EN
02.02.2023, 18:37 266

Serjik benzin oğrusu olub

YAZILAR

"Hraparak"ın bu günkü buraxılışında Xocalı qatili Serj Sarkisyanın məhkəməyə gələrək ifadə verdiyi də yayımlanıb. Müəllif bildirir ki, o məhkəmə salonuna girərkən tərəfdarları tərəfindən sürəkli alqışlarla qarşılanıb. Məhkəmədə onun dövlətə küllü miqdarda maddi ziyan vurduğu barədə toplanmış materialda Serjikin həm də benzin oğurladığı barədə sübutlar ortaya çıxıb. Qeyd olunub ki, 2013-cü ildə 15 milyon litr yanacaq almaq üçün ayrılmış yarım milyard dram vəsait o vaxt prezident olan Sarkisyan tərəfindən mənimsənilmiş və onun yenidən prezident seçilməsi üçün xərclənmişdir.

Agentlik bildirib ki, Sarkisyanın özü və vəkili ciddi etiraz etsələr də sözügedən ittihama xitam verilməyib.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR