25.04.2024, 21:19
AZ EN
27.01.2023, 15:32 211

Ermənistan yeni müttəfiqlər axtarır

YAZILAR

Az qala günəşin də ulu babaları tərəfindən yarandığını və buna görə hamının onlara borclu olduğunu iddia edən ermənilər özləri vurğuladıqları kimi etibarlı müttəfiq axtarışına israrla davam etməkdədirlər. Fransa və İranın dəstəyindən kifayət qədər faydalanın haylar indi də ərəb ölkələrində müttəfiq axtarışına girişiblər. Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli əməkdaşlıq haqqında bir neçə sənəd imzalanması ilə viza rejiminin ləğvinə nail olan və bundan soydaşlarının daha çox faydalanacağını rəsmən bəyan edən Nikol Paşinyandan sonra bəzi iqtidar politoloqları və şərqşünaslar öz çıxışlarında ərəb dünyası ilə bağlı müxtəlif müsbət fikirlər səsləndirməkdədir. Ərəbşünas Araksi Paşayan isə Misir prezidentinin Ermənistana ilk səfəri ilə bağlı təəssüratlarını alim kimi deyil, məhz erməni mentaliteti ilə paylaşıb. O, belə bir feyk xəbər də bildirib ki, guya, misirlilərin türklərdən qorunmasında və dövlətçiliyin bərpasında baş vəzir olan erməninin müstəsna xidmətləri olub. Misirdə erməni icmasına xüsusi hörmətlə yanaşıldığını misirlilərin rəsmi şəxslərindən şəxsən özü də eşitdiyini vurğulayan A.Paşayan hər iki ölkə arasında hərbi əməkdaşlıq və müttəfiqlik sənədlərinin imzalanmasının təşəbbüskarı olduğunu da lovğalıqla açıqlayıb. Bildirib ki, 70 milyon əhalisinin əksəriyyətinin ermənilərə xüsusi simpatiyası olan Misirlə müttəfiqlik hayların dünya siyasətində mövqeyini gücləndirəcək.

Soyadı türklərdən gələn, sifəti ərəbsayağı qara, nitqi isə qüsurlu olan bu ərəbşünasın video çarxdakı çıxışına müxtəlif şərhlər də yazılıb və belələrinin sayının çox olmasının vacibliyi arzulanıb.

N.Qaramanlı

Oxşar xəbərlər