Bir həftə öncə ombudsman fəaliyyətinə başlayan Anahid Manasyanın İrəvanda həbsdə saxlanan Azərbaycan əsgərlərinə həkimlə baş çəkməsi, onların durumları ilə maraqlanması, hüquqlarını başa salması barədə xəbər Erməni mətbuatında səs-küyə səbəb olub. "Hraparak"ın müxbiri soyadı alaq otu mənasını verən Serop Marutyan isə "Anahid Manasyan Erməni hərbçi əsirlərlə məşğul olmaq əvəzinə azərbaycanlı diversantlarla məşğul olur" başlıqlı məqaləsində onu kəskin tənqid edərək yazır ki, ombudsman "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasında həbs olunmuş silahlı qulluqçuları" ifadəsini işlətməsi yanlışdır. Onları adam öldürən diversantlar adlandırmalı idi.
O daha sonra milli vəhşiliyini davam etdirərək yazır ki, hakimiyyət özü seçdiyi ombudsmanı həkimlə birgə niyə göndərib? "Bu təcili göndərişin arxasında nə dayanır"-, deyə hər cümləsi vəhşilik nümunəsi olan bu alaq otu sonra oxuculara xitabən deyir ki, "Ermənistanın insan haqqları müvəkkili azərbaycanlı "diversantların" hüquq qoruyucusudur, yoxsa ermənilərin?"
Xatırladaq ki, soyadı alaq otu mənasını verən Serop mətbuatda az-az görünür və hər yazısında, doğrudan da, alaq otu olduğunu təsdiqləyir.
Nəsib Qaramanlı