20.04.2025, 10:39
AZ EN
19.06.2023, 10:50 336

Erməni təxribatı davam edir

YAZILAR

44 günlük müharibədə sarsıdıcı zərbədən hələ də ibrət götürməyən ermənilərin son vaxtlar hərbi-siyasi sahədə yeni təxribatlara rəvac verməsi və bunun bir neçə dövlət tərəfindən dəstəklənməsi "Hraparak"ın xəbərləri sırasında da özünə yer alıb. Adının önündə tarix elmləri namizədi elmi titulu yazılan sabiq deputat Tatevik Hayrapetyan qardaş Türkiyənin prezidenti R.T.Ərdoğanın ölkəmizə səfərini erməni sayağı həyasızlıqla "şərh" edərək deyir ki, bu səfərdən sonra guya erməni mövqelərinə hücumlar artıb. Azərbaycanın müxtəlif sahələrdə təxribata, terrora məruz qalmasına həyasızcasına bəraət qazandıran və bu məsələdə hayları dəstəkləyənlərin ünvanına xoş sözlər deyən tarixçinin yaxın gələcəkdə genişmiqyaslı müharibə də olacağını əminliklə bildirməsi deməyə əsas verir ki, ermənilərə bu dəfə daha ağır zərbə endirmək qaçılmazdır.

N.Qaramanlı

Oxşar xəbərlər