16.04.2025, 13:28
AZ EN
21.06.2023, 14:40 305

Sabiq baş diplomat da Paşinyana hücuma keçdi

YAZILAR

Baş nazir Nikol Paşinyanın parlamentdəki dünənki çıxışı sabiq xarici işlər naziri Vartan Voskanyan tərəfindən də narazılıqla şərh olunub. O, "Hraparak" da bildirib ki, 2020-ci ildəki məğlubiyyətin səbəbi 2018-ci ildə Paşinyanın və onun komandasının hakimiyyəti ələ almasıdır. Özünün fəaliyyətini sətiraltı ifadələrlə tərifləyən sabiq baş diplomat N.Paşinyanı təkcə siyasi səriştəsizlikdə deyil, həm də mənəvi kasıblıqda suçlandıraraq deyir ki, o, peşəkarcasına diplomatik addımlar atsa idi, Azərbaycan  ilə münasibətlər müharibə səviyyəsinə gəlib çatmazdı, Xankəndidəki separatçı  rejim isə indiki çətin duruma düşməzdi. Bir sözlə, danışdıqlarından diplomata deyil, adi ibtidai təhsil görməyən xəstəyə bənzəyən V.Voskanyanın sabiqlər barədə də fikirləri psixoloji xəstəlik  daşıyıcısı olduğunu göstərir.

Nəsib

Oxşar xəbərlər