19.04.2025, 04:16
AZ EN
07.04.2023, 12:49 258

Sahibə xanım hayları yenə ulatdı

YAZILAR
  • "Hraparak" media qrupunun bu günkü xəbərləri sırasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın İranla bağlı fikirlərinə münasibət göstərilən məqalə də diqqət çəkəndir. Spiker xanımın "30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan, Azərbaycanın sərvətlərini amansızcasına talayan Ermənistana qarşı İran heç vaxt etiraz etməyib. Amma Ermənistanı müxtəlif cür dəstəkləyən İran bu gün Azərbaycanın İsraildə səfirlik açmasından narahatdır.

“Hamı bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və istənilən dövlətlə münasibət qurmaq onun daxili işidir" (ermənicədən tərcümə edilib – N.Q.), - deyə İran fars molla rejiminin iç üzünü açması hayların, necə deyərlər, bacı təəssübkeşliyini yenidən işə salıb. Farsla hayların təkcə qan qohumu deyil, həm də məzhəb pərdəsi altında uydurma ideologiya daşıyıcıları olduğu həqiqəti isə yenidən deməyə əsas verir ki, islamın üzqarası olan uydurma məzhəbi Azərbaycanda yaymağa çalışanlar, həmçinin millət vəkili Fazil Mustafaya sui-qəsd edənlər və digər farsbaşlara ən tutarlı cavab sözügedən məzhəbin ölkədə keçirdiyi ritualları biryolluq qadağan etmək olardı. Bəli, Azərbaycan tolerant, demokratik, dünyəvi dövlətdir. Burada müxtəlif dinlərin nümayəndələri, həmçinin ateistlər də yaşayır. Onlar hansı əsasla farsbaş, yelbeyinlərin xətrinə iki-üç ay cəfəngiyyatlarla üzləşməlidirlər? Elmi-tarixi mənbələr sübut edir ki, qriqoryanlıq məzhəbi haylara, şiəlik isə farsçılığa xidmət üçün uydurulmuş şovinist siyasi ideologiyadır. Bu gün haylar və yelbeyin farsbaşlar Azərbaycanımızı "dindarları" həbs etməkdə suçlamaq kimi şərəfsiz mövqelərini daha da möhkəmləndirmək istəyirlər. Amma unudurlar ki, minlərlə şəhid qanı axan bu ölkədə, Sahibə xanım vurğuladığı kimi, tolerantlıq, demokratiya hökm sürür. Hay və farsın bizə tərəf baxıb ulamağı isə həm də  milçək vızıltısına bənzəyir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR