02.02.2026, 19:12
AZ EN
02.02.2026, 17:28 54

Köçəryana qarşı 200 milyon dollarlıq ittiham

XƏBƏRLƏR
  • "Robert Köçəryan iddia edir ki, ölkəni bu vəziyyətdən ondan yaxşı heç kim çıxara bilməz. Bu “yaxşı”nın nə olduğunu hamımız yaxşı anlayırıq".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Hayk Koncoryan deyib. O, qeyd edib edib ki, Köçəryanın hakimiyyəti dövründə Ermənistanın milli sərvətləri israf edilib, dəyər-dəyməzinə Rusiyaya satılıb. Erməni deputatının sözlərinə görə, sabiq prezident Ermənistanın dövlət əmlakları borc qarşılığında Rusiyaya verib: "Köçəryan cəmi 95 milyon dollar borc qarşılığında Ermənistanın strateji obyektlərini Rusiyaya təhvil verib. Respublika Prokurorluğu ona qarşı 200 milyon dollar məbləğində talan iddiası ilə tələb irəli sürür. İndi məhz bu Robert Köçəryan bəyan edir ki, ölkəni bu vəziyyətdən yalnız o çıxara bilər. Yəqin o, ölkəni elə bir vəziyyətə “çıxarmağı” nəzərdə tutur ki, orada Ermənistanın qalan strateji obyektlərini də yenidən və birdəfəlik xarici dövlətə versin, sonda Ermənistanın suverenliyi və dövlətçiliyini nimçədə təqdim etsin. Biz buna yol verməyəcəyik".

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan 1994-2008-ci illərdə hakimiyyət başında olub. O, bu ilin yayında keçiriləcək parlament seçkilərində blok şəklində iştirak etmək və hakimiyyətə gəlmək istəyir. Amma onun komandası seçkilərdə hansı formatda iştirak edəcəyi ilə bağlı yekun qərar qəbul etməkdə çətinlik çəkir. Rusiyanın Ermənistandakı ən sadiq adamı, Prezident Vladimir Putinin isə yaxın dostu olan Köçəryan iddia edir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə müxtəlif siyasi qüvvələrin birliyindən təşkil edilmiş geniş müxalifət ittifaqı üçün daha yaxşı şanslar var.

Elxan SALAHOV

Oxşar xəbərlər