24.02.2025, 06:06
AZ EN
17.01.2024, 15:40 247

Sələm qanla əvəzləndi

XƏBƏRLƏR

Ermənilərin tanınmış media qrupu olan və Rusiya meylli olduğu ilə diqqət çəkən " Hraparak " bu günkü sayında Krasnoyarsk vilayətinin Açinsk şəhərində bir erməninin öldürüldüyü barədə də xəbər yayıb.Agentlik Rusiya Federasiyası daxili işlər nazirliyinin məlumatına istinadən bildirilir ki,tez-tez həmin şəhərə müalicəyə gələn 75 yaşlı Ermənistan vətəndaşı burada yaşayan 56 yaşlı rus tanışına sələmə 1 milyon rubl pul verib.O,evinə qayıtmamışdan bir qədər əvvəl həmin tanışının evinə gəlib və pulunu tələb edib. Evdə rusun qonaqları da olub.Rus tanışı ona hələlik yalnız 50 min rubl verə biləcəyini bildirib və əlavə edib ki, borcun qalanını hissə- hussə ödəyəcək. 
Erməni bununla razılaşmayıb və pulu məhz indi verməsini tələb edib,mübahisə zamanı isə o,müxtəlif söyüşlərlə təhqir edib.Ermənini yola gətirməyin mümkün olmadığını görən ruslardan biri ermənini taxta parçası ilə döyməyə başlayıb.Akdığı zərbələrdən öncə huşunu,bir az sonra isə həyatını itirən ermənini sürüyüb evdən çıxarıb vəzi illiyə atıblar.
Sonda qeyd olunub ki,erməninin öldürülməsində şübhəli bilinən ruslar saxlanılıb və barələrində cinayət işi aparılır.
N.Qaramanlı

Oxşar xəbərlər