20.09.2024, 00:24
AZ EN
15.03.2023, 13:18 209

Müdafiə naziri istefa verməyəcək

XƏBƏRLƏR

Dünən keçirdiyi mətbuat konfransında Ermənistanın 44 günlük müharibədə məğlub olmasının əsas səbəbini orduda "5-ci kalon" un olması ilə cavablandıran baş nazir Nikol Paşinyanın müxalifət liderləri tərəfindən yenidən tənqid hədəfinə çevrilməsi müdafiə naziri Suren Papikyanın da siyasi fikirlər səsləndirməsi üçün bəhanə olub. O, bildirib ki, orduda sağlam mühit hər bir şəraitdə, müharibə şəraitində isə daha vacibdir. Özü müdafiə naziri olandan bəri bu işlə xüsusi məşğul olduğunu deyən S.Papikyan əlavə edib ki, baş nazir düz deyir, müharibə zamanı bir çox ciddi qüsurlar üzə çıxmışdı və buna görə hazırda həbs olunanlar da var.

Hökumətin orduya qayğısı isə indi daha da artıb deyən nazir Göyçənin Azad kəndində yerləşən hərbi hissədə gecə yatdıqları çarpayının üstündə yanıb külə dönən əsgərlərin qohumları və valideynlərinin də məhz 5-ci kalon tərəfindən qızışdırılmasına və s. baxmayaraq istefa verməyəcəyini, əksinə həmin kalona qarşı mübarizə aparmaq üçün yenə də işləyəcəyini bəyan edib.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR