Bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Büdcə sistemi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, bu qanunla müəyyən edilmiş müddətdə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və icmal büdcənin göstəricilərinin tərtibi üçün zəruri olan məlumatların dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və dövlət büdcəsinin göstəricilərinin, gəlir və xərclər bölgüsünün və digər məlumatların həmin orqan (qurum) tərəfindən dövlət büdcəsindən maliyyələşən təşkilatlara təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, yuxarıda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi dedikdə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. (Trend)