22.11.2024, 07:27
AZ EN
07.08.2023, 15:54 202

“Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri uğurla baş tutub

XƏBƏRLƏR
  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan “SA Maritime AFEZCO” birgə müəssisəsi tərəfindən alınan “Aframax” tipli “Şuşa” tankerinin ilk səfəri baş tutub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndən bildirilib ki, ASCO-nun 100 faiz törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkətinin idarə etdiyi gəmi iyulun 29-da Libiyanın Es Sider limanında xam neftlə yüklənib və İtaliyanın Augusta limanına doğru yola çıxıb.

“Aframax” tipli tankerin ilk səfəri uğurla tamamlanıb və təyinat limanında yük təhlükəsiz şəkildə gəmidən boşaldılıb.

Qeyd edək ki, “SA Maritime AFEZCO” Birgə Müəssisəsi tərəfindən alınan "Aframax" tipli 3 tankerin hər birinin dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur və onlar Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında istismar ediləcək.

Onu da əlavə edək ki, “Aframax” tipli tankerlərin alınması Prezident İlham Əliyevin birbaşa dəstəyi və diqqəti ilə mümkün olub. Bununla yanaşı, həmin nəhəng gəmilər ölkə rəhbərinin müvafiq tövsiyə və tapşırıqlarına uyğun Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən tarixi torpaqlarımızın şərəfinə adlandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR