22.11.2024, 04:34
AZ EN
27.09.2024, 11:42 232

İşğal dövründə ermənilər Azərbaycanın sərvətlərini talayaraq iqtisadiyyata külli miqdarda ziyan vurublar

XƏBƏRLƏR
  • Ermənilər 30 il ərzində Azərbaycanın yerüstü və yeraltı sərvətlərini talayaraq iqtisadiyyata külli miqdarda ziyan vurublar.

Bunu iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Azərbaycan iqtisadiyyatına vurulmuş ziyanın kifayət qədər böyük olduğunu qeyd edən ekspert vurğulayıb ki, hazırda xarici ekspertlərin iştirakı ilə bu ziyanın qiymətləndirilməsi aparılır.

“İşğaldan azad olmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdirilir, amma bununla belə 30 illik Ermənistan işğalı müddətində həmin ərazilərimiz praktiki olaraq dağıdılaraq xarabalığa çevrilib. Zərərin həcmi Vətən müharibəsindən əvvəl 2012-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyinin bildirdiyi rəqəmə görə 431,5 milyard dollar təşkil edirdi. Qeyd edək ki, bu zərər infrastruktura dəymiş ziyanın bir hissəsinə aiddir. 900 yaşayış məntəqəsi, 6000-dən çox sənaye və kənd təsərrüfatı binası, 695 tibb müəssisəsi, 693 məktəb, 7000 müxtəlif təyinatlı ictimai binalar, 927 kitabxana, 855 uşaq bağçası dağıdılıb”, - deyə S.Heydərov bildirib.

Ekspertin sözlərinə görə, ermənilər 3000 kilometrə kimi kommunikasiya xətlərini,15000 kilometr elektrik xəttini, 3000 kilometrə kimi avtomobil yollarını sıradan çıxarıb: “Həmçinin mədəni tarixi abidələr də dağıdılıb ki, vurulan ziyan maddi dəyərlə ölçülə bilməz. Onların dəyəri ölkəmiz üçün qiymətsizdir. İşğal dövründə yüzlərlə abidə, 13 beynəlxalq əhəmiyyətli tarixi abidə dağıdılıb. İşğal dövründə məscidlər xarabaya çevrilib. Rəsmi məlumatlara əsaslanaraq demək olaraq ki, 67 dini obyektin 64-ü tamamilə sökülüb. Bununla belə Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında 30 illik işğal dövründə qeyri-leqal fəaliyyətlərlə də məşğul olublar. Onlar bu torpaqlarda yeraltı sərvətlərin qeyri-qanuni hasilatını reallaşdırıblar”. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR