Bu barədə deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, beş ayın yekunlarına əsasən, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində 11,9 faizlik payla ikinci yerdədir. İlk sırada enerji məhsulları ixrac etdiyimiz İtaliyadır (37,4 faiz). Mühüm məqamlardan biri qeyri-neft ixracımızda Türkiyənin ilk sırada olmasıdır. Belə ki, ötən il daxil olmaqla əvvəlki dövrlərdə Rusiya neftdən kənar ixracımızda birinci olsa da, Türkiyə öndədir: “Ötən ilin yekunlarında qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiya 32,3 faiz, Türkiyə isə 24,9 faiz paya malik idi. Artıq Türkiyənin payı 32,8 faizə yüksəlib, Rusiya isə 22,2 faizə sahibdir. Bu isə o deməkdir ki, Azərbaycana neftdən kənar ixracdan daxil olan hər 100 dolların 32 dollarından çoxu Türkiyənin payına düşür. İki qardaş ölkə arasında ümumi ticarət dövriyyəsinin 2023-ci ilin sonunda 15 milyard dollara çatdırılması hədəflənir. İqtisadi əlaqələrin inkişafı strateji müttəfiqlik üçün vacib şərtlərdəndir. Nəticələr ümidvericidir”. (AZƏRTAC)