Bunu "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.
"Hazırda Orta dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Digər mühüm layihə Zəngəzur dəhlizidir. Ərazilərimizin işğaldan azad olunmasından sonra bizim ərazidə dəhlizin 70%-i inşa olunub. Lakin digər bir sıra tərəfdaşlar bu dəhlizin əhəmiyyətini və Orta dəhlizin tərkib hissəsi olmasını tam başa düşmür və layihənin başa çatmasını ləngidir, maneələr yaradır. Ümid edirik ki, avropalı həmkarlarla da, Qərbdə olan həmkarlarla da, biz də bütün tərəfləri bu dəhlizin əhəmiyyətinə dair inandıra biləcəyik. Ümid edirəm ki, qısa zamanda bu dəhliz inşa olunacaq", - deyə Rəşad Nəbiyev əlavə edib. (APA)