Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2022-ci il 9 dekabr tarixli dəyişiklik 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iş icazəsi ilə bağlı ödəyəcəyi rüsumların məbləği məlum olub. Bununla da, əmək miqrasiyası kvotası nəzərə alınmadan iş icazəsinin verilməsini və müddətinin uzadılması, iş icazəsi ilə bağlı müraciətə baxılma müddətinin beş iş günü azaldılması, iş icazəsinin müddətinin hər dəfə iki ildən çox olmamaq şərtilə uzadılması və iş icazəsinin verilməsi və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğləri müəyyənləşib.
Belə ki, beş iş günü müddətində 3 ayadək 700 manat, 6 ayadək 900 manat, 1 ilədək 1400 manat, 1 il 6 ayadək 1600 manat, 2 ilədək 1800 manat müəyyənləşib. On iş günü müddətində isə 3 ayadək 500 manat, 6 ayadək 700 manat, 1 ilədək 1200 manat, 1 il 6 ayadək 1400 manat, 2 ilədək 1600 manat ödənməlidir. Bu rəqəm on beş iş günü müddətində 3 ayadək 350 manat, 6 ayadək 600 manat, 1 ilədək 1000 manat, 1 il 6 ayadək 1200 manat, 2 ilədək 1400 manat olacaq.