02.02.2026, 14:45
AZ EN
02.02.2026, 12:54 89

Ermənistanda daha 7 yepiskopa cinayət işi açıldı

XƏBƏRLƏR
  • Erməni Apostol Kilsəsinin daha 7 yepiskopuna qarşı cinayət işi açılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin haqqında cinayət işi açılmış yepiskopların vəkili Abrasim Atoyan məlumat bildirib. O, qeyd edib ki, həmin din adamlarına Ermənistan İstintaq Komitəsinə çağırılması barədə bildiriş gəlib: “Bu gün 7 nəfər İstintaq Komitəsinə çağırılıb. Bunlar Eçmiədzin kafedralının inzibati-iqtisadi şöbəsinin direktoru, yepiskop Muşeq Babayan, Quqarat yeparxiyasının rəhbəri, yepiskop Ovnan Akopyan, Gürcüstandakı erməni kilsəsinin rəhbəri, yepiskop Kirakos Davtyan, Sünik yeparxiyasının rəhbəri, yepiskop Makar Akopyan, Eçmiədzinin xarici əlaqələr və protokol şöbəsinin direktoru, arxiyepiskop Natan Ovannisyan, arxiyepiskop Ayqazun Nacaryan, kilsə və gənclərin hazırlığı proqramlarının direktoru yepiskop Vaan Ovannisyandır”.

Bununla yanaşı, Atoyan ittihamlar silsiləsinin davam edəcəyinə, növbəti mərhələdə Ali Ruhani Şuranın üzvləri və bütün ermənilərin katolikosu II Qareginə qarşı irəli sürüləcəyinə əminliyini ifadə edib. Vəkil deyib ki, bütün ermənilərin katolikosu II Qareginin yaxın adamları hesab olunan həmin şəxslər elə bu gün həbs edilə bilər. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın xüsusi göstərişi əsasında kilsələrin fəaliyyəti və din xadimlərinin qanunsuz hərəkətləri ilə bağlı hüquqi araşdırmalar ən sərt formada həyata keçirilir: "Paşinyan yepiskopları öz tərəfinə çəkmək məqsədilə hakimiyyət nümayəndələrinin  kafedralda (Eçmiədzin) axtarışlar aparmaq üçün zəmin yaratdı.  İndi isə kilsəni II Qareginin adamlarından təmizləmək üçün polisdən istifadə edirlər, yepiskopları həbslə qorxudurlar".

Xatırladaq ki, Paşinyan hökuməti bu ilin  yayında keçiriləcək parlament seçkilərinə qədər erməni kilsəsini hökumətə tabe etmək və II Qaregini vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir. Bununla belə, kilsə rəhbərliyi hökumətin aylardır davam edən istefa çağırışlarına əməl etmək niyyətində deyil.

dən əvvəl kilsə ilə bağlı məsələni nəyin bahasına olur-olsun, həll etmək qərarına gəlib. Mənbə Ermənistan Baş nazirinin artıq hüquq-mühafizə orqanlarına müvafiq göstərişi verdiyini bildirib. Paşinyan isə Rusiyadakı siyasi qüvvələrin təsiri altında olduğu və Kremlin göstərişlərini yerinə yetirdiyi iddia edilən II Qaregini və onun kilsədəki əlaltılarını hüquq mühafizə orqanlarının əli ilə zərərsizləşdirmək xəttini tutub. 

Elxan SALAHOV

Oxşar xəbərlər