20.04.2025, 02:14
AZ EN
24.02.2023, 12:23 375

Haylar "Dəmir yumruq"suz yola gələn deyil

YAZILAR
  • İtin yiyəsinin fitinə görə daha ucadan hürdüyü ilə bağli el məsəli hayların indiki günlərdəki siyasi proseslərə yanaşması ilə tam uyğun gəlir. Belə ki, beynəlxalq məhkəmədə qəbul etdirilən hayməramlı qərar artıq ermənilər tərəfindən təkcə Laçın-Xankəndi yolundakı ekoaksiyanın dayandırılacağı anlamına gəlmir, həm də bölgədə yeni reallıqlar yarada biləcək oyunlar başlandığı haqda müxtəlif fikirlər səslənməkdədir.

Bir neçə xəbər agentliyi həyasız Hayastanda əhali arasında belə bir fikir formalaşdırmağa başlayıb ki, guya ekofəallar öz aksiyalarını dayandırmasa BMT-qərarı ilə Azərbaycana sanksiyalar tətbiq etmək fikri reallaşacaq,bu da heç bir nəticə verməsə beynəlxalq məhkəmə "arsax müstəqil dövlət kimi" tanınması barədə qərar qəbul etməyə imkan əldə edəcək. Bu sərsəm fikrin haradan gəldiyi bildirilməsi də xüsusi vurğulanır ki, belə qərar qəbul ediləcəyi təqdirdə Azərbaycan müharibə başlayarsa, guya, o BMT-nin mövcud qanunlarına əməl etmədiyinə görə cinayət məsuliyyəti daşıyacaqdır.

Avropa İttifaqının Cənubi Qafqazda və Gürcüstanda vəziyyət üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın öz Tvitter hesabında bölgəyə növbəti səfərinə İrəvandan başlayacağı barədə paylaşdığı xəbər də hayların sərsəm düşüncəsinə yeni qeyri insani təsir bağışlayıb. Belə ki, onlar bu səfər çərçivəsində hayların mövqeyinin dəstəklənəcəyi xülyasındadırlar.

Göründüyü kimi, hansısa farsın, firəngin təbəssüm göstərməsi hayların başını yenidən dəmir yumruq altına qoymasına şərait yaradır.

Nəsib

Oxşar xəbərlər