08.09.2024, 07:18
AZ EN
04.06.2024, 17:51 183

Azərbaycan artıq özünün geopolitik maraqlarını Cənubi Qafqazda tam bərpa edib

YAZILAR
  • “Əvvəla qeyd edim ki, beynəlxalq təşkilatlardan, dövlətlərdən regiona olan səfərlər Cənubi Qafqaz uğrunda mübarizənin olduğunu, bir daha davamlı olaraq mübarizənin miqyasının artan xətt üzrə davam etdiyinin göstəricisidir”.

Bu sözləri siyasi şərhçi Bəkir Həsənbəyli “ARB-24”-ə açıqlamasında söyləyib.

Politoloq xatırladıb ki, NATO-nun baş katibi də  regiona səfər etmişdi. Səfər zamanı Rusiyanın yarımmühasirə vəziyyətinin tammühasirə vəziyyətinin alınması üçün Cənubi Qafqaz ölkələrinin Avropaya və Qərbə dəstəyini almaq arzusunda idi. Yalnız Ermənistandan başqa Gürcüstan və  Azərbaycan bu məsələyə fərqli münasibət göstərdilər və doğru olaraq fərqli münasibətlər göstərdilər.

Politoloq sonra qeyd edib ki, bütün bu situasiyanın gəlib  mövcud vəziyyətə çatmasının ən böyük səbəbkarlarından biri, ola bilsin ki, qəribə səslənsin, çünki nəyə görə qəribə səslənsin, son dönəmdə Ermənistan baş nazirinin verdiyi bəyanatlar sülhə biraz da yaxın olmasını göstərir və ya münaqişənin həll olunmasıyla bağlı  özünün arzu və istəklərini daha çox büruzə verməsinə hesablanmış bir mesajdır: “Amma hadisələrin bu vəziyyətə gəlib çatmasının ən böyük səbəbkarı Paşinyanın özüdür. Paşinyanın revanşist düşüncələrinin olması, İkinci Qarabağ müharibəsindən sonra yenidən “bəlkə situasiya dəyişdi, biz əvvəlki mövqeyimizə qayıtdıq” zehniyyəti bu gün Ermənistanda mövcud vəziyyətin yaranmasına gətirib çıxarıb ki, artıq  küçə etirazları küçə ixtişaşlarına çevrilmək ərəfəsindədir. Bu isə ciddi problemlərdəndir”. O, sonra bildirib ki, konkret Amerika Birləşmiş Ştatlarının  Cənubi Qafqazdakı maraqlarına, eyni zamanda  Azərbaycan və Ermənistan münaqişəsində özünün səmimi münasibətlərinə gəldikdə isə  bu məsələdə bir mənalı və olumlu cavab vermək çətindir: “Səmimi münasibətin olmaması  təxminən  20 gün, 1 ay bundan əvvəl  66 konqresmenin Azərbaycana sanksiya tətbiq etməsini, Azərbaycana qarşı ciddi qərarlar qəbul edilən məsələləri var. Ondan bir az öncə müharibə cinayətlərinin sponsoru olan, müharibə cinayətlərinə maliyyə yatıran Vardanyanın müdafiəsi ilə bağlı  kampaniyanın başlanmasına cəhd olunması və s. bu kimi məsələlər var və bu onu göstərir ki, bu məsələlərdə ABŞ-ın səmimiyyəti görünmür. Səmimiyyət məsələlərinin görünməməsinin, həm də bu qənaətə gəlməmin, bilirsiniz ki, bu yaxınlarda, artıq bu yaxınlarda demək olmur, çünki hər gün baş verir Rəfahın bombalanması məsələsi. Məsəlçün, Amerika siyasiləri deyir ki, hələ ki, Amerikanın qırmızı xətti keçilməyib. Hər gün  körpələr, qadınlar, uşaqlar öldürülür. O baxımdan bu məsələlərdə Cənubi Qafqazın ən zəif bəndi Ermənistan olduğu üçün məsələyə Ermənistan üzərindən və  eyni zamanda Ermənistan üzərindən olmaqla paralel, həm də Ermənistan-Azərbaycan arasında bağlanacaq sülh müqaviləsinə bir yükdür. Ermənistan zəif bənd olduğu üçün. Çünki Ermənistan Cənubi Qafqazın dalanıdır. Ermənistan nə Azərbaycan kimi  Orta Asiyaya çıxış qapısıdır, nə də Gürcüstan kimi Avropaya çıxış qapısıdır. Heç bir strateji üstünlüyü olmayan bir ölkədir və bu ölkə bütün ona edilən təklifləri həmişə müsbət və olumlu cavab verdiyi üçün məsələyə həm də o istiqamətdən yönəlir. Bu baxımdan  hesab edirəm ki,  Azərbaycan özünün doru-düzgün olaraq, həm də cənab Prezidentin rəhbərliyi ilə bu məsələ 2020-ci ildən üzü bəri, İkinci Qarabağ müharibəsinin böyük qalibiyyətlə bitdikdən sonra Azərbaycan artıq özünün geopolitik maraqlarını Cənubi Qafqazda tam bərpa etdiyi üçün bu gün mən inamıram ki,  xaricdən gələn hər hansı bir qonaq və ya hər hansı bir beynəlxalq təşkilatın təmsilçisi Azərbaycanı müstəqil maraqlarından və istəklərindən döndərə bilsin”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər