Bu barədə PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Levan Maxaşvilinin məktubunda bildirilib.
O, PA-nın həmsədrləri və büro üzvlərinə ünvanlandığı müraciətində qurumun son dövrlərdəki fəaliyyətinin ciddi narahatlıqlar doğurduğunu qeyd edib.
Maxaşvili bildirib ki, Avronest PA-da iştirak edən bəzi Avropa Parlamenti üzvlərinin Gürcüstana qarşı düşmənçilik ritorikası və hərəkətləri bu platformanın dəstəkləməli olduğu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə ziddir.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AP üzvləri Gürcüstanda iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq edən bəyanatlar veriblər və sosial media hesablarında paylaşımlar ediblər.
“Əksər tərəfdaş ölkələrin Avronest PA-da iştirak etməməsi Avropa Parlamentinin hazırkı yanşamasında ciddi problemin olmasını göstərir. PA hazırkı kursunun həqiqətən regional əməkdaşlığın gücləndirilməsinə və yaxud tərəfdaşlar arasında körpülərin yandırılmasına yönəldiyi barədə düşünməlidir”, - məktubda deyilir.
Maxaşvili Avronest PA-nın rəhbərliyini qurumun əsas prinsiplərinə sadiqliyini təsdiqləməyə, yenilənərək “Şərq Tərəfdaşlığı” və onun üzv ölkələri üçün etibarlı platforma kimi xidmət etməyə çağırıb. (APA)