27.10.2025, 13:33
AZ EN
27.10.2025, 10:28 113

Azərbaycandan Ermənistana daha bir tranzit açılımı

XƏBƏRLƏR
  • Azərbaycan Rusiya məhsullarını Ermənistana buraxmağa hazır olduğunu bildirib.

"Vətən səsi" xəbər verilir ki, bu barədə “RİA Novosti” Rusiya baş nazirinin müavini Aleksey Overçuka istinadən məlumat yayıb. Overçuk bildirib ki, iki gün əvvəl Azərbaycan tərəfi Rusiya məhsullarının Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistan istiqamətində tranzitinə icazə verilməsini təsdiqləyib.

“Bu mənada da çox maraqlı irəliləyişlərimiz var,” — deyə Overçuk əlavə edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl Qazaxıstanda səvərdə olarkən bu ölkədən Ermənistana göndərilən taxıl məhsullarının Azərbaycan üzərindən tranzitinə məhdudiyyətlərin aradan qaldırıldığını söyləmişdi.

Elxan SALAHOV  

Oxşar xəbərlər