20.11.2025, 00:50
AZ EN
18.11.2025, 15:50 170

Vüqar Bayramov: Sülh sazişinin icrası ilə Cənubi Qafqazda vahid bazar anlayışına köklənməliyik

XƏBƏRLƏR
  • Sülh sazişinin icrası ilə Cənubi Qafqazda vahid bazar anlayışına köklənmək lazımdır.

Bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf İctimai Birliyinin sədri Vüqar Bayramov noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində "Enerji təhlükəsizliyi və bağlantılar sessiyasında deyib.

Onun sözlərinə görə, 30 illik münaqişə dövründə regionda ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və Gürcüstanın iqtisadi bazarları var idi:

"Bu mənada, sülh sazişinin icrası ilə vahid bazar anlayışına köklənməliyik. Bu, əlbəttə, iqtisadi artıma da töhfəsini verəcək. Yəni sülh sazişi iqtisadi dividendlər kontekstindən vacibdir".

V.Bayramov Azərbaycanın enerji təhlükəsizliyi məsələsində də mühüm rol oynadığını bildirib:

"Hazırda Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına üzv dövlətlərə və digər partnyorlara çatdırılmaqdadır. İxrac olunan qazın həcmi 2021-ci illə müqayisədə 29 faizə qədər artıb. Yəni Azərbaycan enerji təhlükəsizliyi məsələsində mövqeyini gücləndirməkdədir. Bununla yanaşı, 2027-ci ilin sonunadək Azərbaycan Avropa bazarlarına "yaşıl enerji" satmağı planlaşdırır". (Report)

Oxşar xəbərlər