Bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.
"Heydər Əliyevin anım günü elə bir gündür ki, müasir Azərbaycanın bütün tarixi gözümüzün önündən keçir və onun Naxçıvandan qayıtmaqla öz üzərinə necə ağır yük götürdüyünü dərk edirik. Ölkə real olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi və bunun qarşısını almaq üçün müdriklikdən, gələcəyi görmə qabiliyyətindən və təcrübədən əlavə inanılmaz enerjiyə, gücə və daxili inama malik olmaq lazım idi. Bu, həyatını riskə atmaq demək idi. Böyük enerjiyə, üzərinə götürdüyün missiyanı dərk etmək qabiliyyətinə malik olmaq lazım idi", - o deyib.
M.Şvıdkoy Heydər Əliyevin xatirəsinin bütün dünyada ehtiramla yad edildiyini vurğulayıb: "Biz onun xatirəsini dərin ehtiramla anırıq, çünki ona çox hörmət edirik. Ona təkcə Rusiyada və postsovet məkanında deyil, bütün dünyada hörmət edirlər". (Report)