29.03.2024, 18:15
AZ EN
09.09.2022, 07:55 294

Mariya Zaxarova: Moskva yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına çox böyük əhəmiyyət verir

XƏBƏRLƏR
  • Rusiya tərəfi yüksək səviyyəli üçtərəfli bəyanatların icrasına, o cümlədən Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasına, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyasına, Bakı və Yerevan arasında vətəndaş cəmiyyətləri xətti ilə təmasların möhkəmlənməsinə çox böyük əhəmiyyət verir.

Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada brifinqdə bildirib.

Diplomat qeyd edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin razılaşmalarının icrası üçün bütün səviyyələrdə tam həcmdə səy göstərir. “Bu, Cənubi Qafqazda möhkəm sülhün formalaşması üçün şərtləri təmin edir və təkcə region dövlətlərinin deyil, o cümlədən onların qonşularının da maraqlarına cavab verir”, - deyə RF XİN rəsmisi bildirib.

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu ildə yüksək səviyyəli bir sıra səfərlərin, regionlararası forumun keçirilməsinin planlaşdırıldığını vurğulayan M.Zaxarova, həmçinin əlavə edib ki, Moskva Rusiya Federasiyasının subyektlərinin bu formatlarda iştirakını yüksək dəyərləndirir. (AZƏRTAC)

Oxşar xəbərlər