27.10.2025, 14:16
AZ EN
27.10.2025, 11:16 204

Politoloq: PKK-nın başqa alternativi yoxdur

YAZILAR
  • "PKK terror təşkilatı Türkiyədən bütün silahlı qüvvələrini geri çəkdiyini bəyan edib. Bu PKK-nın tərksilah olunmasında növbəti mərhələdir".

Bunu siyasi şərhçi Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən mətbuata açıqlamasında deyib.

O, bildirib ki, əslində PKK lideri Abdullah Öcalanın aylar öncə həbsxanadan səsləndirdiyi çağırış terror təşkilatının ləğvinin zəruriliyi ilə bağlı idi: "PKK-nın başqa alternativi yoxdur. Türkiyə ordusunun illərdir PKK ilə mübarizəsi nəticə vermək üzrədir. PKK onsuz da Türkiyə içində fəaliyyət qabiliyyətini itirmişdi. Buna baxmayaraq, Türkiyə ərazisində azsaylı terrorçuların  geri çəkilməsinin əhəmiyyəti var. Bu o deməkdir ki, PKK keçmiş illərdə olduğu kimi Türkiyədə terror fəaliyyətini davam etdirə bilməyəcək".

Politoloq əlavə edib ki, bölgədə formalaşan durum da PKK-nın ləğvini labüd edir: "PKK-nın fəaliyyət göstərdiyi iki dövlətin – İraq və Suriyanın ərazisində formalaşan yeni durum terrorçuların tərksilah olunmasını diqtə edir. İraq hökuməti və İraqın şimalındakı kürd muxtariyyətinin liderləri Türkiyə ilə əməkdaşlığı genişləndirmək naminə PKK terrorçularının tərksilah olunmasını vacib hesab edirlər. Suriyada hakimiyyət dəyişikliyindən sonra PKK-nın bu ölkədə fəaliyyət imkanları da daralmaq üzrədir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər