02.08.2025, 07:15
AZ EN
24.05.2023, 15:38 320

Erməni deputatlar əlbəyaxa oldular

YAZILAR

Erməni parlamentinin bu günkü iclası da hakim partiyanın deputatları ilə müxalif deputatlar arasında öncə kinayəli replika, sonra söyüş, daha sonra isə əlbəyaxa dava ilə yadda qalacaq. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü, müharibə veteranı Hovik Ağazaryanın müxalif deputat Artur Sarkisyanın çıxışına replika atmasından sonra başlanan söz davası, nəhayət, "kişi kimi hesablaşmağa" qədər uzanıb. Spikerin xəbərdarlığı, intizama dəvəti isə əvvəllər olduğu kimi yenə faydasız olub və o, məcburən 20 dəqiqəlik fasilə elan edib.

Deputatlar buna bənd imiş kimi fasilədə də "haqq-hesaba" davam ediblər.

Xəbəri "Hraparak" yayıb.

Nəsib

Oxşar xəbərlər