Milli Məclisin deputatı Vüqar Bayramovun verdiyi məlumata görə, bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq ediləcək. Məsələn, özəl sektorda 1000 manat maaş alan şəxs gələn aydan etibarən cəmi 24 manat gəlir vergisi ödəyəcək.
Xüsusi kateqoriyadan olan vətəndaşlar üçün isə daha böyük güzəştlər nəzərdə tutulub. Şəhid ailələri, Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar üçün 800 manatadək gəlir vergidən azaddır. Bu şəxslər 1000 manat maaş aldıqları halda cəmi 6 manat vergi ödəyəcəklər.
Qazilər və müharibə veteranları üçün 400 manat güzəşt tətbiq olunacaq. Beləliklə, 1000 manat maaş alan bu kateqoriyadakı şəxslərin vergi ödənişi 18 manat təşkil edəcək.
Bundan əlavə, birinci qrup əlilliyi olan şəxslər, məcburi köçkünlər və digər sosial həssas qruplar da gəlir vergisindən müəyyən qədər azad ediləcək.
Vüqar Bayramov qeyd edib ki, əməkhaqlarının artması fonunda gələcəkdə güzəşt məbləğlərinə yenidən baxılması məqsədə uyğun olardı.
Tahirə AĞAMİRZƏ