“Ümumiyyətlə, ABŞ Yaxın Şərqdə münaqişə vəziyyətinin qalmasında maraqlıdır”.
Bunu siyasi şərhçi Elşad Mirbəşiroğlu İTV-yə açıqlamasında deyib. O, qeyd edib ki, çünki münaqişə amili Amerika Birləşmiş Ştatları münaqişənin baş verdiyi regiona müdaxilə imkanlarını genişləndirir: “Sadəcə olaraq, ABŞ-da qarşıda prezident seçkiləri gözlənildiyinə görə, indiki mərhələdə münaqişənin eskolasiyasına maraqlı deyil. ABŞ bütün hallarda İsraili müdafiə edəcək. Hesab edirəm ki, elə Ermənistana gətirilən silahların bir təyinatı da bundan ibarət ola bilər. İran isə özünün siyasi simasını qorumaq üçün elə səsləndirdiyi mövqeyə uyğun olaraq addım atacaqdır. Əks halda hesab edirəm ki, Bu, İranın imicini ciddi şəkildə korlaya bilər. Hər hansı bir formada İran İsrailə cavab reaksiyasını nümayiş etdirəcək”,- deyə E.Mirbəşiroğlu vurğulayıb.
Tahirə AĞAMİRZƏ