Ermənistanın təhlükəsizlik şurasının sədri Hindistanın səlahiyyət müddəti başa çatan səfirinin qəbul edib. "Lurer.com” agentliyi xəbər verir ki, iki ölkə arasında hərtərəfli əlaqələrin inkişafı sahəsində səfirin böyük əməyi olduğunu vurğulayan erməni əminliklə bildirib ki, o harada olsa da dostluq fəaliyyətini davam etdirəcək. Hindistanlı səfir xüsusilə Qarabağ məsələsində ermənilərə dəstək verdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Bu barədə məlumat verən jurnalist başqa bir yazısında bildirib ki, hayların parlamentinin xarici münasibətlər komissiyasının sədri Sarkis Xandanyan brifinqdə Azərbaycanla danışıqların başlayacağını və bu zaman Laçın dəhlizi məsələsi ilkin şərt kimi irəli sürülməyəcək.
Bu iki erməninin sözlərinin bir-birini təkzib etməsi, onların öz fikirlərini tez-tez dəyişməsi bir daha deməyə əsas verir ki, onlara inanmaq olmaz və başlarına yenidən yumruq dəyəndən sonra, bəlkə, iddialarından müvəqqəti də olsa əl çəkərlər.
Nəsib