"Hraparak" media qrupunun rəhbəri, Ermənistan parlamenti sədrinin qaynanası, müxalif qaynana ləqəbli Armine Ohanyanın bu gün paylaşdığı məqaləsində baş nazir Nikol Paşinyan və komandasının ünvanına növbəti tənqidlər yer alıb. O yazır ki, ölkədə ombudsman institutunun təsisi zamanı belə bir fikir formalaşmışdı ki, qanunlara ciddi əməl olunacaq, ombudsman heç bir siyasi qüvvənin maraqlarına uyğun işləməyəcək. Hazırda boş olan ombudsman vəzifəsinə Paşinyanın komandasının üzvü, baş prokurorun müavini Anahid Manasyanın namizəd irəli sürüldüyünü və onun "Vətəndaş müqaviləsi" fraksiyasının dəstəyi ilə ombudsman olacağını iddia edə baş redaktor digər namizədlərin daha layiqli olduğunu vurğulayıb. O, özünə xas satirik üslubla qeyd edib ki, Nikol müharibədə təkcə geri çəkilmədi, həm də kapitulyant ləqəbli oldu. Amma hakimiyyət uğrunda mübarizədə bir santimetr belə güzəştə getməyə hazır deyil. "Ona görə də hamı ona həsəd aparır"- deyə ironik fikirlər səsləndirən baş redaktor Nikola məsləhət görür ki, sükanı beləcə saxlasın.
Nəsib