Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, iranlı rəsmilərin Azərbaycana səfərlərinə və Bakıya etdikləri telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər: "İranda xarici siyasəti müəyyənləşdirən vahid mərkəz yoxdur. Tutaq ki, İran Prezidenti Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin normallaşmasını istəyir, isti mesajlar göndərir, üstündən bir neçə gün keçir, ali dini liderin hansısa nümayəndəsi Azərbaycan və Türkiyə ilə bağlı ağzına gələni danışır və həmin fikirlər televiziya kanalları vasitəsilə İranın hər yerinə yayılır. İran Prezidenti nə qədər xoş niyyətli olsa da, təəssüf ki, onun başı üstündən qərar verənlər normallaşmanın əleyhinədirlər".
Tahirə AĞAMİRZƏ