23.12.2024, 06:36
AZ EN
01.01.2024, 16:33 240

“Bu qərar hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın üç il ərzində ikinci kapitulyasiya aktıdır”

YAZILAR
  • Bu qərar hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın və havadarlarının üç il ərzində ikinci kapitulyasiya aktıdır.

Bunu Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ötən il sentyabrın 28-də separatçı-xunta rejimin "rəhbəri" Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dək idarə tabeliyində olan bütün dövlət qurumları və təşkilatların ləğv edilməsi və "Dağlıq Qarabağ Respublikası”nın öz fəaliyyətini dayandırması barədə qərar vermişdi. Əlbəttə, beynəlxalq hüququn aliliyini tanıyan heç bir dövlət üçün "Dağlıq Qarabağ" adlı tanınan subyekt olmayıb, bu mənada, xüsusən Azərbaycan üçün Şahramanyanın qərarı hansısa “respublika”nın süqutu yox, sadəcə Ermənistanın və havadarlarının üç il ərzində ikinci kapitulyasiya aktıdır”.

“Aydındır ki, Şahramanyanın xuntanın ləğv edilməsi barədə "fərman"ı təhlillərə əsaslanan müdrik qərar yox, Azərbaycanın 23 saatlıq antiterror tədbirlərində hərbi qələbəsinin nəticəsi olan təslimçilik sənədidir. İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də ifadə etdiyi kimi, “Azərbaycan öz dövlət suverenliyini tam bərpa edib, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilib, düşmən ordusu və hərbi texnikası məhv edilib və ya qənimət kimi götürülüb”. Nəticədə nə separatçıların, nə də onların protektorlarının terrorçu rejimi “buraxmaqdan” başqa əlacı qalmadı. Bu gün isə artıq bir reallıq var, Müzəffər Ali Baş Komandanın təbirincə desək, “Separatçı rejim çöküb, bizim qarşımızda diz çöküb, ağ bayraq qaldırıb, təslim olub, torpaqlarımızdan əbədi olaraq çıxarılıb və tarixin zibilxanasına atılıb”,- deputat qeyd edib.

Milli Məclisin üzvü xatırladıb ki, özünü beynəlxalq ictimaiyyət elan edən bir sıra pozucu dairələr, xüsusilə Qərb ölkələri separatizmin açıq müdafiəsinə qalxaraq beynəlxalq hüququ heçə sayıb Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdü: “Lakin dövlət başçımızın da ifadə etdiyi kimi, “Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Bu torpağın sahibi bizik, beynəlxalq hüquq çərçivəsində nə lazım biliriksə, onu da edəcəyik”. Hazırda isə tamamilə yeni reallıq hökm sürür. Lakin sülh ümidlərinin artdığı bir məqamda, təəssüf ki, hələ də son günlər separatçı ünsürlərin Ermənistanda müəyyən hərəkətlənməsinə şahid oluruq. Xüsusən separatizmin əsas cinayətkar simalarından olan, Köçəryan və Sarkisyan kimi terrorçuların təhriki ilə guya separatizmin yenidən dirçəldilməsi təşəbbüsləri meydana çıxır. Amma heç kim unutmamalıdır ki, Azərbaycan separatizmi və Ermənistanı onların ən güclü və ən çox dəstək aldığı bir dövrdə diz çökdürüb. Azərbaycan Ordusunun bütün regionda əməliyyat şəraitinə nəzarət etdiyi, hərbi və siyasi cəhətdən, o cümlədən iqtisadi inkişaf tempi və resurslar baxımından Azərbaycanla Ermənistan arasında uçurumun hər ötən gün daha da dərinləşdiyi bir zamanda, əlbəttə, bu kimi təcavüzkar xülyalar boş eyforiyadır”.

B.Məhərrəmovun fikrincə, erməni xalqı, nəhayət, başa düşməlidir ki, separatizm ideyaları ilə terrorçu Köçəryan-Serjik cütlüyü Azərbaycan qarşısında aciz qalmağa məhkumdur və üstəlik, Ermənistanı məhvə sürükləyir: “Eyni zamanda o da təəssüf doğurur ki, mövcud erməni iqtidarı da bir sıra hallarda populizm xətrinə bu təhlükəli ritorikaya müraciət edir. Lakin Paşinyan hakimiyyəti regional proseslərin cari gedişatı, cəmiyyətdə anti-Azərbaycan ritorikası və “Dağlıq Qarabağ” eyforiyaları ilə bağlı xüsusi diqqətli olmalı, Prezident İlham Əliyevin də dünən xəbərdarlıq etdiyi kimi, “Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”. (Report)

Oxşar xəbərlər