22.11.2024, 20:34
AZ EN
10.10.2022, 16:00 395

Ermənilər beynəlxalq təşkilatları bezdiriblər

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyan Praqada keçirdiyi görüşlər barədə rəsmi açıqlama verdikdən sonra bu ölkədə onsuz da sabit olmayan siyasi gərginlik yeni məcraya qədəm qoyub. Həm ayrı-ayrı müxalifət nümayəndələri, həm də politoloqlar son olaylar barədə danışarkən yeni heç bir söz işlətməyərək köhnə populist çıxışlarını davam etdirir, hökumətin və bütövlükdə iqtidar komandasının istefaya getməsini tələb edirlər.

Bu ilin aprelində başlayan və 3 aydan çox davam edən etiraz aksiyaları zamanı qarşıdurmalar çox olsa da, indi “Hayastan” fraksiyasının üzvü V.Vartanyanın dediyi kimi, artıq əhali də, beynəlxalq təşkilatlar da yersiz mitinqlərdən və şikayət dolu bəyanatlardan bezib. Oktyabrın 10-da Ermənistan palamentində təmsil olunan hər üç fraksiyanın nümayəndələrindən ibarət mətbuat konfransı keçirilib və bu TV-lərdə, o cümlədən 24 NEWS-də birbaşa yayımlanıb. “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü görülən işlərin beynəlxalq qanunlar çərçivəsində olduğunu, iqtidarın ölkəni çətin durumdan çıxartmaq üçün xeyli iş gördüyünü. Azərbaycanla, Türkiyə ilə gedən danışıqların reallığa uyğun aparıldığını qeyd edib və indiki şəraitdə kiminsə istefa verməsinin işlərin gedişinə yalnız mənfi təsir göstərəcəyini bildirib, bütün siyasi qüvvələri həmrəyliyə və Azərbaycana qarşı monolit mübarizəyə səsləyib.

“Hayastan” fraksiyasının üzvü V.Vartanyan isə öz partiyadaşlarının mövqeyini ifadə etdiyini bildirərək Paşinyanın istefa verməyəcəyi təqdirdə ölkənin daha böyük faciələrlə üzləşəcəyini sübut etməyə çalışıb. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin məntiqli və savadlı çıxışlrına həsəd apardığını xüsusi vurğulayan erməni deputat Paşinyanın səviyyəsiz və qorxaq olduğunu da  dilə gətirərək hakimiyyət dəyişikliyin ayrı-ayrı şəxslərə deyil, Ermənistanın özünə gərək olduğunu diqqətə çatdırıb. “Azadlıq” radiosunun erməni xidmətinin müxbirinin gələcəkdə hansı işlər görüləcəyi barədə sualını cavablandırarkən isə erməni deputat etiraf edib ki, həm iqtidarın, həm də parlamentin komissiya sədrlərinin, eləcə də ayrı-ayrı deputatların beynəlxalq təşkilatlara göndərdikləri  məktublar yalnız onların özlərinə çatır və Azərbaycana qarşı heç bir tədbir görülmür. Fiziki cəhətdən zəif və qorxaq uşaq başqalarını atası yaxud qardaşı ilə hədələdiyi kimi, Ermənistan siyasiləri də daim başqalarına güvənirlər. Mətbuat konfransında o da bildirildi ki, noyabrın 15-də Fransa senatı Azərbaycana qarşı təsirlər edilməsi üçün  qərar qəbul edəcəkdir. Yeri gəlmişkən, xatırladaq ki, iki il öncə Fransa senatı Azərbaycanın əleyhinə qərar qəbul etmiş və hətta separatçı “arsaxın müstəqilliyi” barədə qərar qəbul etmişdi. Ancaq bu, gülməli qərar heç bir hüquqi əsası olmadığına görə kağız parçasından başqa özündən heç nə ehtiva etməyib. Deputatın bu məlumatından sonra ruhlanan jurnalistlərdən biri sual vermək əvəzinə, ermənilərin dostlarını tərifləyib və onların Azərbaycana qarşı nifrəti barədə növbəti yazını yazacağı kimi qeyri-insani, jurnalist etikasına yaraşmayan ifadə işlədib.

Bir çox mətbuat konfransları kimi, sözügedən mətbuat konfransı da erməni yalanları, uydumaları və ən başlıcası erməni qorxaqlığını özündə əks etdirən tədbirə çevrildi.

Nəsib QARAMANLI

Oxşar xəbərlər