08.09.2024, 05:34
AZ EN
10.07.2024, 08:15 246

Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın çox yaxşı perspektivləri vardır

YAZILAR
  • Ötən həftə Azərbaycan daha iki beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olundu. İstər Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı sammiti, istər Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı ölkəmizin beynəlxalq nüfuzu baxımından önəmlidir.

Tarixi köklərə əsaslanaraq qurulan Türk Dövlətləri Təşkilatının Azərbaycan əsas yön verən ölkələrindəndir. Şanxay Əməkdaşlıq Təşkilatı ilə yarandığı gündən əməkdaşlıq edirik.  Təşkilatda təmsil edilən ölkələr üçün Azərbaycanın strateji mövqeyi çox önəmlidir. Xüsusən də Qarabağ zəfərindən sonra  yeni nəqliyyat yolları baxımından  körpü rolunu oynayırıq.

“Azərbaycan bu coğrafiyada Şərq ilə Qərb arasında bağlantıların daha da artırılmasında maraqlıdır”. Bunu politoloq İlyas Hüseynov ARB-yə açıqlamasında deyib. O, qeyd edib ki, burada biz tranzit gəlirləri əldə edə bilərik, trilyonlarla dollar məbləğində ticarət dövriyyəsindən söhbət gedir: “Azərbaycan çox kiçik paya nail olsa, bu, ölkəmiz üçün də, xalqımızın rifahı üçün də çox müsbət dvidentlər vəd edir. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın çox yaxşı perspektivləri vardır”.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin çoxu ilə Bakının yaxşı münasibətləri var. Təşkilat tərkibində Türk ölkələrinin çoxluğu mövzunu həm də Türk Dövlətləri Təşkilatı aspektindən şərh etməyə imkan verir. Türk Dövlətləri Təşkilatlarının birləşməsi, həmçini Şanxay Əməkdaşlıq Təşkilatında təmsil edilməsi hər bir türk ölkəsi üçün iqtisadi yüksəlişi təmin edir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər