19.10.2024, 02:26
AZ EN
25.12.2023, 12:53 266

Erməni politoloq ağlını itirib

YAZILAR

Qəhrəman Azərbaycan silahlı qüvvələrinin bir gün də davam etməyən lokal antiterror əməliyyatında diz çökən separatçı rejimin rəhbəri Samvel Şahramanyanın imzaladığı sənədlə özünü 2024-cü il yanvarın 1-dən buraxmalı olan qeyri-qanuni, separatçı toplumun Ermənistana getdikdən sonra siyasi möhtəkirliyi davam etdirməsi və bunun erməni mediasında aparıcı mövzulardan birinə çevrilməsi cari ilin son həftəsində də davam etdirilib. "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, politoloq Hrant Melik-Şahnazaryan Samvel Şahramanyana açıq məktub ünvanlayıb.

O, yazıb ki, Tanrının yaratdığı və guya yalnız hayların yaşaması üçün seçdiyi Qarabağdan Ermənistana köç edilməsi xalqın ən böyük faciəsidir. S.Şahramanyanın terrorçu qurumun buraxılması barədə sənəd imzalaması isə həm Tanrının istəyinə, həm də 1991-ci ildəki referendumun nəticələrinə ziddir.

Özünü "həm hayların astvacının sadiq əsgəri, həm də obyektiv politoloq" adlandıran bu siyasi möhtəkir xahiş edir ki, S,Şahramanyan yeni bir sənəd imzalayıb "özünü buraxma barədə" olan sənədi ləğv etsin. Əks halda nə hayların, nə də "hayların astvacının" onu nə bağışlayacağına, nə də onun hay olmağına heç bir əsas qalmayacağını bildirib.

Göründüyü kimi, bu məktub da bir daha ermənilərin imzaladığı sənəddən, verdiyi sözdən dönəcəyinə əsas verir. Özünü politoloq və dindar adlandıran bu erməninin "hayların allahı" ifadəsini dəfələrlə təkrarlaması isə həm gülməlidir, həm də ermənilərin sağlam düşüncə tərzindən mərhum olduğunu isbatlayır. Axı, Allah hansi dildə necə adlanmasından asılı olmayaraq Birdir və Onun milli mənsubiyyəti yoxdur.

Şeyx Şamilin - "Qurbanı olduğum Allah kaş ermənini və milçəyi yaratmaya idi” – deyə hər iki məxluqa qəzəb ifadə etməsi isə öz aktuallığını heç vaxt itirən deyil.

N.Qaramanlı

Oxşar xəbərlər