"Vətən səsi" xəbər verir ki, bunu hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib. O, Ermənistanın Azərbaycanla hərbi müstəvidə toqquşmada maraqlı göründüyünə diqqət çəkibnın baş verməsində maraqlıdır. Hərbi ekspertin fikrincə, sərhəddə gərginliyin artmasında kənar təsirlərin rolu da az deyil: "Məqsəd mümkün qədər Azərbaycanı təxribata çəkib sülh danışıqları prosesini uzatmaq və vaxt qazanmaqdır. Paşinyan və komandası müxtəlif bəyanatlar verməklə bəzi hədəflərə çatmaq istəyir. Azərbaycan isə sülhə maneə olan Ermənistan konstitusiyasındakı müddəaların aradan qaldırılmasını tələb edir. İrəvan əvvəlcə bu məsələyə fərqli mövqedən yanaşsa da, prosesin yaxın gələcəkdə həll edilə biləcəyi istisna olunmur. ola bilsin ki, Rusiya-Ermənistan münasibətlərindəki gərginlik də bu məsələ az rol oynamır".
Erməni silahlı qüvvələrinin sərhəddəki təxribatlarının həm də Zəngəzurla bağlı olduğunu deyən polkovnik hesab edir ki, onlar Azərbaycanın hərbi müdaxiləyə əl ata biləcəyindən ehtiyatlanır: "Ermənilər iddi aedirlər ki, Bakının Zəngəzur istiqamətində hansısa hərbi planları var. Ona görə də Zəngəzur dəhlizinin açılması və orada kommunikasiya xətlərinə nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidmətinə, yaxud hansısa beynəlxalq statusli hərbi birliklərə həvalə edilməsi ehtimalı gündəmə gətirilir. Ermənilər hazırda Qafanda hərbi baza tikir. Həmin bazada kənar qüvvələrin yerləşməsi ehtimalı da var. Ajiotaj yaradılır ki, guya, müharibə yenidən başlaya bilər".
Elxan SALAHOV