22.11.2024, 15:49
AZ EN
23.04.2023, 22:09 328

Samir Hümbətov: "Bu addım Azərbaycanın müstəqil siyasət yürtməsinin açıq göstəricisidir"

YAZILAR
  • "Azərbaycan Silahlı Qüvvələri tərəfindən Laçın-Xankəndi dəhlizi nəzarətə götürülüb və nəzarət-buraxılış məntəqəsi qurulub. Bu, artıq reallığı tam əks etdirir".

Bunu politoloq Samir Hümbətov "Vetensesi.az"a məsələ ilə bağlı şərhində səsləndirib.

Politoloq hesab edir ki, bu atılan addım tam vaxtında və doğru bir addımdır. Çünki artıq yenə də Ermənistan silahlı qüvvələri tərəfindən və rus "sülhməramlı" qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə silah- sursat və hərbi texnikanın daşınması ilə bağlı cəhdlər var idi, yenə də bu yoldan istifadə etmək istəyirdilər: "Füşünürəm ki, Azərbaycanın belə bir addım atması doğrudur, reallığı tam əks etdirir. Bundan sonra orda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri xidmət göstərəcəklər.

Bu isə o deməkdir ki, Azərbaycan dövləti öz ərazisinə daxil olacaq istənilən şəxs və ya əşyaya tam şəkildə nəzarət edəcək. Beləliklə, Azərbaycanın Qarabağ regionuna daşınması nəzərdə tutulan qanunsuz silah-sursat və digər vasitələr, eləcə də terrorçu dəstələr artıq daşına bilməyəcək. Hesab edirəm ki, belə çətin şəraitdə Azərbaycanın sərhəd buraxılış məntəqəsi qurması həm Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına, həm Ermənistana, həm də digər dövlətlərə və güclərə açıq mesajdır". S.Hümbətov daha sonra qeyd edib ki, bu həm də onu göstərir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi, biz dövlət maraqlarımızın qorunması məsələsində heç kimə güzəştə getməyəcəyik: "Həm də bu addım Azərbaycanın müstəqil siyasət yürütməsinin açıq göstəricisi kimi dəyərləndirilə bilər. Burada onu da qeyd etmək yerinə düşər ki, 12 Dekabr 2022-ci ildən etibarən azərbaycanlı eko fəalların Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarının dayandırılması ilə bağlı başlatdığı etiraz aksiyası öz məntiqi nəticəsini vermiş oldu.

Hesab edirəm ki, bundan sonrakı addım Zəngəzur dəhlizinin açılması və Rusiya "sülhməramlıları"nın Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması olacaq.

Azərbaycan dövləti bunu etməli idi və etdi. Bu isə proseslərin başlanğıcıdır. Bundan sonrakı digər məsələlər isə mərhələ-mərhələ öz həllini tapacaq", - deyə politoloq vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər