Videoçarxda uşaqların müasir infrastrukturla təmin edilmiş oyun meydançalarında, təbiət qoynunda əylənmələri, onların simasındakı səmimi təbəssümlər ön plana çəkilib. Bu kadrlar təkcə bir kəndin və ya qəsəbənin deyil, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinin ismarıcıdır.